Məhsullarımız haqqında

Məhsullarımız və onlayn mağazamız haqqında məlumatları aşagıdakı xanalardan öyrənə bilərsiniz. Əgər axtardığınız məlumatı tapa bilmirsinizsə, bizə sorğu göndərə bilərsiniz.

Kampaniya və ya endirimlərdən necə xəbərdar ola bilərəm?

Kampaniya və endirimlərdən vaxtında xəbərdar olmaq üçün emailiniz vasitəsilə saytımızın xəbərlərinə abunə ola və ya bizi sosial şəbəkələrdə izləyə bilərsiniz.

Qeydiyyatdan keçmədən sifariş verə bilərəm?

Siz sayta daxil olarkən qeydiyyatdan keçmədən sifarişlərinizi edə bilərsiniz. Bunun üçün bir məhsul seçdikdən sonra, səbətim bölməsinə daxil olub məlumatların düzgünlüyünü yoxlamalısınız. Daha sonra sifarişi tamamla bölməsində ödəniş ünvanı məlumatlarını doldurmalısınız.

Qeydiyyatdan necə keçə bilərəm?

Saytımızda qeydiyyatdan keçmək çox asandır.

Saytın sağ yuxarı bölməsində yerləşən “Giriş / Qeydiyyat” düyməsinə klikləyin.

Açılan pəncərənin sağ hissəsində e-mail ünvanınızı qeyd edin və “Qeydiyyat” düyməsinə klikləyin. E-mailinizə sizin yeni şifrəniz və giriş məlumatlarınız göndəriləcək. Hesab məlumatlarınızı giriş bölməsinə qeyd edərək profil tənzimləmələri apara bilərsiniz.

Yuxarıda qeyd olunanlardan əlavə, siz Facebook və Google hesablarınız ilə də qeydiyyatdan keçə bilərsiniz.

 

Qaytarılma və ya dəyişdirmə şərtləri
  1. Məhsulların qaytarılma və dəyişdirilmə müddəti 14 gündür. Müddət sifarişi təslim aldığınız gündən etibarən hesablanır.
  2. Sizə göndərilən məhsulda hər hansı zədə aşkarlanarsa, məsələn: yırtılmış, sökülmüş, çap, tikiş səhvi və s. bu halda bizimlə əlaqə saxlayaraq məhsul haqqında məlumat verməli və dəyişdirilməsini tələb etməlisiniz. Operatorlarımız sizə göndərilən məhsul haqqında məlumat toplayaraq bir sorğu yaradır və yenisi ilə əvəz olunma proseduru başladılır.
  3. Əgər məhsulun ölçüsü bizim paylaşdığımız ölçü cədvəlindəki ilə eyni deyilsə (+-2sm fərqdən artıqdırsa) bu barədə operatora məlumat verərək dəyişdirilməsini tələb etməyiniz mümkündür.
  4. Qaytarılma və dəyişdirilmə üçün ödənişli kuryer xidmətindən yararlana və ya qeyd edilən təslim məntəqəsinə gətirə bilərsiniz.
  5. İstifadə edilmiş, zədələnmiş və yuyulmuş məhsullar qaytarılmır və dəyişdirilmir.
    Kampaniya müddətində sifariş edilmiş məhsullar dəyişdirilərkən kampaniya bitibsə, yeni məhsula əlavə ödəniş tələb oluna bilər.
  6. Qaytarılma zamanı ödənişiniz kart balansına məhsul anbara daxil olduqdan sonra 5 iş günü ərzində geri köçürülür.
  7. Qaytarılma və dəyişdirilmə zamanı, əgər alıcı kuryer xidmətindən və digər xidmətlərdən istifadə etmək istərsə hesablanan xərclər alıcı tərəfindən qarşılanır.